Odessada Türkiyəyə məxsus yük gəmisi vurulub | VİDEO

Odessada Türkiyəyə məxsus yük gəmisi vurulub  | VİDEO
  12 Dekabr 2025    Oxunub:485
Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.
AzVision.az xəbər verir ki, yanan gəminin videogörüntüləri yerli KİV tərəfindən paylaşılıb.

"CENK RORO" gəmisinin yükdaşıma avtomobilləri daşıdığı bildirilib. Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.

Ölən və yaralananlar barədə məlumat verilməyib.


Aygün Xankişiyeva
AzVision.az



Teqlər: Rusiya   Türkiyə   Odessa   hücum  



Xəbər lenti